Tibbi maskalardan uzun müddətli istifadə bu XƏSTƏLİKLƏRƏ YOL AÇIR

DÜNYA
16:52 / 28.05.2020
1222

Rusiyalı akademik Vitali Zverev tibbi maska və əlcəklərdən uzunmüddətli istifadəni ziyanlı və təhlükəli hesab edir.

Cebhe.info xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Akademikin sözlərinə görə, əllərin dərisi əlcəkdən daha yaxşı qoruma funksiyası yerinə yetirir.

"Əlcəklərdən uzunmüddətli istifadə dəri göbələyinə səbəb olur. Tibbi maskalardan istifadədən sonra isə emfizema xəstəliyinin yaranması təhlükəsi var. Ona görə də onlardan istifadə etmək lazım deyil. İnsanlar yalnız bir - birilərilə yaxın təmasdan çəkinməli və distansiya qaydalarına əməl etsələr, kifayətdir. O zaman həm özlərini, həm də ətrafdakıları qorumuş olacaqlar",- deyə akademik vurğulayıb.

0