Paşinyan növbədənkənar seçkilərə gedir? - "Onun əsas hədəfi..."

DÜNYA
10:38 / 28.08.2024
336

"Ermənistanın Baş naziri Nikol Paşinyan tezliklə bəzi nazirləri istefaya göndərə bilər". 

Bu sözləri "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, artıq bununla bağlı erməni mətbuatında xəbərlər də dərc olunub:

"Bunun Ermənistanda növbədənkənar parlament seçkilərinə səbəb olub-olmayacağı isə hələlik bəlli deyil. Amma Nikol Paşinyan Ermənistanda inqilabi dəyişikliklər etmək istəyir. Bu səbəbdən də rəsmi İrəvanın regional siyasətində ciddi dəyişikliklər baş verməkdədir. Hərçənd ki, bu, Ermənistanın ənənəvi siyasətinə ziddir".

356922

Ekspertin sözlərinə görə, Paşinyan daha ciddi addımlar atmaq üçün lazımi komandaya malik deyil:

"Yəni Ermənistanın Baş nazirinin komandası güclü deyil. Buna görə də Paşinyan lazımi addımları ata bilmir. Xüsusilə də rəsmi İrəvan tərəfindən Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması istiqamətində irəliyə addımların atılmaması bununla bağlıdır". 

Politoloq qeyd edib ki, yaxın perspektivdə Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər:

"Hesab edirəm ki, tezliklə Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi mümkündür. Beləliklə, Nikol Paşinyan özünə daha etibarlı və yaxın adamları hakimiyyətə gətirə bilər. 

Bəlkə də Paşinyan Azərbaycanla münasibətlərin normallaşması fonunda ölkəsi daxilində baş verə biləcək proseslərdən və öz hakimiyyətindən narahatdır. Həmçinin, hazırda parlamentdə olan hansısa siyasətçiləri də neytrallaşdırmağı hədəfləyə bilər".

Pərviz

0