2023-cü ildə Azərbaycandan xaricə qoyun və keçi ətinin ixracı qeydə alınmayıb.
Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2022-ci ildə qoyun və keçi ətinin ixracı 171 dəfə azalaraq 1 tona düşüb. 2023-cü ildə isə ümumiyyətdə ixrac olmayıb.
Ötən il 89 min ton qoyun və keçi əti istehsal edilib, 4,8 min ton məhsul da idxal olunub.
2023-cü ildə qoyun əti ixracı qeydə alınmasa da 605 ton ət itkiyə gedib.