Sentyabrın 1-də keçiriləcək seçkilər Almaniyanı həmişəlik dəyişə bilər

DÜNYA
13:27 / 30.08.2024
214

Bu bazar günü Almaniyanın şərqindəki iki federal ştatın - Saksoniya və Türingiya ştatının Landteglərinə seçkilər keçiriləcək. 

HİT.az "Bild"ə istinadən xəbər verir ki, hər iki ştatda Almaniya üçün Alternativ (AfD) və Sarah Vaqenknext İttifaqı (BSW) partiyaları son dərəcə populyardır. 

Onlar indiki hakimiyyətə müxalifətdədirlər, Rusiyaya rəğbət bəsləyirlər və hələ Almaniyanın heç bir bölgəsində hökmranlıq etmirlər. Lakin "Bild"in siyasi müşahidəçisi Piter Tidin qeyd etdiyi kimi, onların şərqdə mövqeyi o qədər güclüdür ki, sentyabrın 1-də keçiriləcək seçkilərdən sonra Saksoniya və Türingiyada hakimiyyətə gələ bilərlər. "Bu seçki Almaniyanı həmişəlik dəyişə bilər", deyə Tid xəbərdarlıq edib.

INSA sosioloji institutu Landtag seçkilərindən əvvəl iki bölgədə xüsusi olaraq "Bild" üçün son həftəlik sorğu keçirib. Araşdırmaya görə, Saksoniyada AfD və BSW birlikdə 47%, Türingiyada isə 50% səs toplayır. Bu o deməkdir ki, onlardan biri olmadan Drezden və Erfurtda hakim koalisiya və yeni regional hökumət qurmaq mümkün olmayacaq.

Samir

0