Çin Filippindən gəmini mübahisəli sahildən çıxarmağı tələb edir: "Tolerantlığımızın həddi var"

DÜNYA
16:16 / 30.08.2024
230

Çin Cənubi Çin dənizindəki Spratli arxipelaqı və ona bitişik Sabine Şoal üzərində suverenlik üçün qanuni əsaslara malikdir və Filippindən tələb edir ki, aprel ayından bəri şol laqonunda lövbər salmış sahil mühafizə gəmisini ərazidən geri çəksin.

HİT.az xəbər verir ki, bunu Çin Xalq Respublikası Müdafiə Nazirliyinin sözçüsü polkovnik Vu Qian Cənubi Çin dənizinin mübahisəli ərazilərində Çin və Filippinin sahil mühafizə gəmiləri arasında baş verən son insidentləri şərh edərkən bildirib. 

"Çin Nanşa adaları (Nanşa - Spratli arxipelaqının Çin adı-red.) və ona bitişik sular, o cümlədən Sabine Şoal üzərində mübahisəsiz suverenliyə malikdir", Vu Qian deyib.

O, aprel ayında Filippin Sahil Mühafizəsi gəmisinin Sabina Şoala daxil olmasını Çinin suverenliyini pozan və regional sülh və sabitliyə xələl gətirən müdaxilə adlandırıb:

"Çin tərəfi bu cür hərəkətlərə qəti şəkildə qarşı çıxır və dəfələrlə etirazlarını bildirib".

Onun sözlərinə görə, son on gün ərzində öz gəmisinə təchizat çatdırmağa çalışan Filippin sahil mühafizə gəmiləri Sabine Şoal sularına dəfələrlə "işğal edib" və təhlükəli manevrlərə əl ataraq Çin gəmilərini bilərəkdən vurublar.

"Çin tərəfi fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə düzgün şəkildə həll etməyə sadiqdir, lakin bizim tolerantlığımızın hədləri var. Filippin öz gəmisini və şəxsi heyətini mümkün qədər tez geri çəkməli və heç bir süni qurğu və ya infrastruktur olmadan Sianbin Şoalın təbii vəziyyətini bərpa etməlidir", deyə hərbçi bildirib.

O əlavə edib ki, Çin tərəfi öz ərazi bütövlüyünü, dəniz hüquq və maraqlarını qorumaq üçün qəti və sərt tədbirlər görməyə davam edəcək.

Qeyd edək ki, Filippin hökuməti Cənubi Çin dənizində mübahisəli Sabina Şoal yaxınlığında Çin sahil mühafizə gəmilərinin Filippin təhlükəsizlik gəmisinə qarşı su şırnaqlarından istifadə etdiyini və gəmilər arasında toqquşmaya səbəb olduğunu bildirib.

Samir
 

0