Yoldakı “zebra” hara yoxa çıxır?

ÖLKƏ
21:30 / 30.08.2024
229

Biləcəri qəsəbəsi sakini Xatın Camalova Hit.az-a bildirib ki, evinin qarşısındakı piyada zolağından qorxduğu üçün istifadə edə bilmir. Çünki zolaq tez-tez “yoxa çıxır”.

“Biləcəri qəsəbəsində "DSK yolu" adlanan ərazi də  zebra- piyada zolağı  təmir dildikdən 1 ay sonra asfaltdan silinir. Boya keyfiyyətsizdir ya necədir, zolaq gecələr görünmür, fosforsuzdur. Yoldan sürətlə avtomobillər keçir.Yollarda işıqlandırma da bərbad olduğu üçün təhlükəli vəziyyət yaranır”,- deyə o bildirib.

Xatın Camalovanın dediyinə görə,Yerüstü Nəqliyyat Agentliyinə məlumat verilmiş olsa da, məsələ hələ də həll olunmamış qalır.

Murad
 

0