İnsanlar su deyib, dad döyür, xidmət isə susur...

ÖLKƏ
18:20 / 30.08.2024
240

“Avqustun 24-də İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidməti Oğuz-Qəbələ-Bakı su kəmərində təmir-bərpa işlərinin tam başa çatdığını elan etdi.

Sevindik ki, “Kərbəla müsibəti” başa çatdı.

Amma görünür  bu deyilənlərin biizm əraziyə dəxli yoxdur. Yarım aydır su deyirik, dilimiz, dodağımız çatlayır”.

Bu fikirləri Hit.az-a Binə-Sovxoz kimi tanınan ərazinin sakinləri Rövşən və Yasəmən Abdulovlar səsləndiriblər.

“Su təchizatı xidmətinə neçə dəfə müraciət etmişik. Susurlar , ya da düzələcək deyirlər, amma ddüzəlmir. Biz nə qədər gözləyək?”- deyə onlar bildiriblər.

Ümid edirik, vətəndaşların şikayətinə Su təchizatı xidmətindən bir cavab gələr.

Murad
 

0