“Kəpəz”i bu məşqçi çalışdıracaq

İDMAN
14:04 / 01.09.2024
305

“Kəpəz”ə yeni baş məşqçi təyin edilib.

HİT.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

“Sarı-göylər”i Azər Bağırov çalışdıracaq. 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 

Azər Bağırov son olaraq “Araz-Naxçıvan” klubunda fəaliyyət göstərib.

Xatırladaq ki, Gəncə təmsilçisi avqustun 29-da baş məşqçisi Adil Şükürovu istefaya göndərib. 

Hazırda “Kəpəz” Premyer Liqada 10 komanda arasında sonuncu yeri tutur. Komanda bu mövsüm keçirdiyi 5 oyunun hamısında uduzub.

0