Ən yüksək və ən aşağı səs faizini onlar topladı - SİYAHI

SİYASƏT
11:04 / 02.09.2024
179

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib.

HİT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin nəticələrə əsasən, ən yüksək səs faizi toplayan  şəxs 112 saylı Zaqatala seçki dairəsindən Əsgərov Asif Yunis oğludur. Əvvəllər bu rayonda 3 il müddətinə icra başçısı olmuş A.Əsgərov 12 min 942 səs alaraq ümumi səslərin 80 faizini toplayıb və rəqiblərini qabaqlayıb. A.Əsgərov Zaqataladan sonra Səbail Rayon İcra Hakimiyyətinin, daha sonra isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.

Ən az səs faizi ilə millət vəkili seçilən şəxs isə 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən Vəliyeva Mehriban Hidayət qızıdır. Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin sabiq direktor müavini dairə üzrə etibarlı səslərin 5 min 752-sini toplaya bilib ki, bu da ümumi səslərin 36,5 faizini təşkil edir.

İlkin nəticələrə görə, ən yüksək və ən aşağı səs faizi ilə deputat seçilmiş namizədlərin siyahısını təqdim edirik:

Ən yüksək səs toplayanlar (70 faizdən yuxarı):

9 saylı Binəqədi ikinci seçki dairəsi - Qafarov Kəmaləddin Nəsrəddin oğlu – 16 min 311 səs (73,5 faiz).

17 saylı Yasamal üçüncü seçki dairəsi - Qəhrəmanov Göydəniz İbrahim oğlu - 12 min 165 səs (71,9 faiz).

19 saylı Nərimanov birinci seçki dairəsi - Məmmədov Hikmət Baba oğlu – 11 min 913 səs (72 faiz).

25 saylı Nizami ikinci seçki dairəsi - Əhmədov Əli Cavad oğlu - 13 min 407 səs (73,2 faiz).

35 saylı Xətai üçüncü seçki dairəsi - Vəliyeva Pərvanə Bulut qızı – 15 min 273 səs (72,8 faiz).

37 saylı Qaradağ seçki dairəsi - Hüseynov Aydın Nəsir oğlu – 10 min 400 səs (77,6 faiz).

42 saylı Sumqayıt birinci seçki dairəsi - Hüseynova Hicran Kamran qızı – 7 min 355 səs (76,6 faiz).

53 saylı Yevlax-Mingəçevir seçki dairəsi - Hüseynli Əli Məhəmməd oğlu – 18 min 865 səs (70,7 faiz).

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi - Məmmədov Anar İlyas oğlu – 14 min 479 səs (70,8 faiz).

112 saylı Zaqatala seçki dairəsi - Əsgərov Asif Yunis oğlu – 12 min 942 səs (80 faiz).

Ən az səs faizi ilə deputat seçilənlər (50 faizdən aşağı):

14 saylı Xəzər-Pirallahı seçki dairəsi - Əfəndiyeva Günay Elçin qızı – 8 min 485 səs (49,5 faiz).

16 saylı Yasamal ikinci seçki dairəsi - Qədirli Erkin Toğrul oğlu – 6 min 498 səs (49,4 faiz).

24 saylı Nizami birinci seçki dairəsi - Nurullayeva Könül Oruc qızı – 7 min 309 səs (47,9 faiz).

26 saylı Sabunçu birinci seçki dairəsi - Mustafa Fazil Qəzənfər oğlu - 8 min 651 səs (49,5 faiz).

27 saylı Sabunçu ikinci seçki dairəsi - Əli-zadə Arzuxan Baxşəli oğlu – 7 min 114 səs (43,5 faiz).

28 saylı Sabunçu üçüncü seçki dairəsi - Quliyev Eldar Allahyar oğlu – 6 min 686 səs (48 faiz).

29 saylı Sabunçu dördüncü seçki dairəsi - Allahverənov Azər Kərim oğlu – 7 min 774 səs (45,2 faiz).

44 saylı Sumqayıt üçüncü seçki dairəsi - Vəliyeva Mehriban Hidayət qızı - 5 min 752 səs (36,5 faiz).

47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi - Şükürov Zaur Ramiz oğlu – 8 min 947 səs (44,5 faiz).

49 saylı Abşeron ikinci seçki dairəsi - Nəbiyev Rizvan Novruz oğlu – 7 min 719 səs (46,7 faiz).

58 saylı Xaçmaz kənd seçki dairəsi - Mikayılova Sevil Əlirazı qızı – 8 min 433 səs (49 faiz).

81 saylı İmişli seçki dairəsi - Nurullayev Razi Qulaməli oğlu – 8 min 300 səs (48,4 faiz).

88 saylı Şamaxı seçki dairəsi - Cəfərova Tamam Şaməmməd qızı – 9 min 498 səs (48 faiz).

92 saylı Göyçay-Ağdaş seçki dairəsi - Əfəndiyev Məzahir Cavid oğlu – 9 min 97 səs (45,9 faiz).

93 saylı Ağdaş seçki dairəsi - Alıyev Sahib Eyvaz oğlu – 10 min 592 səs (48,9 faiz).

95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsi - Əliyeva Jalə Fazil qızı – 10 min 384 səs (48 faiz).
 

0