"Chevrolet Cruze" ölkəmizdə neçəyə satılır? - QİYMƏTLƏR

SİYASƏT
11:51 / 02.09.2024
297

ABŞ-nin dünyaca populyar olan avtomobillərindən biri də "Chevrolet"dir.

Hit.az bildirir ki, sözügedən markanın bir çox modeli dünya səviyyəsində yüksək satış rəqəmlərinə çatıb. Azərbaycanda da bu markaya maraq kifayət qədər böyükdür. Xüsusilə, "Chevrolet Cruze" modelinin daha çox sevildiyini deyə bilərik. 

Bu modelin yığcam və ekonom olması onu arzuolunan edən əsas nüanslar sırasındadır. 2008-ci ildən etibarən istehsal edilən avtomobilin mühərrik həcmi isə 1,4 L, 1,6 L və 2.0 L-dir. Modelin uzunluğu 4597 mm, eni isə 1788 mm. "Cruze" modelinin hündürlüyünün isə 1477 mm olduğunu qeyd etməliyik. 

Bəs hazırda bu model neçəyədir? 

Bunun üçün avtomobil bazarına və avtomobil satışı elanı saytlatına üz tutduq. Müşahidələrimiz zamanı məlum oldu ki, hələ də "Chevrolet Cruze" avtomobili ən çox satılanlar sırasındadır. Bu modelin ən çox satışda olan avtomobilləri isə 2010-2015-ci illərdə istehsal olunanlardır. 

Qiymətlər isə ortalama 10 min manatdan 15 min manata qədər dəyişə bilir. Avtomobilin vəziyyəti və digər xüsusiyyətlərinə görə daha baha qiymətlərə də təklif olunanların tapmaq mümkündür.

Pərviz

0