Şəhid qardaşı deputat seçildi - FOTO

SİYASƏT
17:30 / 02.09.2024
201
Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 45 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb.
 
22 saylı Şıxmahmud seçki dairəsindən Üzeyir Məmmədov 68,86 faiz səslə öndədir. O, 2016-cı il iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan kapitan Toğrul Məmmədovun qardaşıdır.
 
Qeyd edək ki, şəhid zabit Toğrul Məmmədov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.//Unikal.az
 
0