"Yüksəliş"in iki qalibinə vəzfə verildi

ÖLKƏ
16:48 / 02.09.2024
197

Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyinat olub.

Bu barədə HİT.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə Orxan İsgəndərov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə isə Seymur Hüseynov təyin edilib.

Hər iki şəxs dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləridir.
 

0