Yeniyetmələr arasında qəfil ölüm niyə artır?

SAĞLAMLIQ
22:34 / 02.09.2024
348

Son dövrlərdə uşaqların və yeniyetmələrin qəfil ölümü adi hala çevrilib. 

Bu günlərdə 7-ci sinif şagirdi qəflətən vəfat edib. 

Bəs görəsən, uşaqların qəfil ölümünün səbəbi nədir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a deyib ki, qəfləti ürək dayanmaları isə ürəyin elektrik dayanması ilə bağlıdır. Yəni , ürəkdə elektrik mübadiləsi pozulur, ürək dayanması baş verir. Bu xəstəliyin səbəbləri tam aydın deyil:

 “Ürəyin hansısa konkret xəstəliyi, damar problemləri, sinirlərdəki pozuntular ürək dayanmasına gətirib çıxara bilər.Bu problemlərin aradan qaldırılması mümkündür. Valideynlər mütəmadi uşaqları həkimə göstərməlidir. İstənilən halda ürək çatışmazlığı müalicə olunmasa, əməliyyat aparılmasa bir müddət sonra uşaq dünyasını dəyişir. Ona görə, mütləq müayinə-müalicə aparılmalı, problem aradan qaldırılmalıdır”.

Sevinc

0