Kimlər daha çox tərləyir?

SAĞLAMLIQ
23:33 / 02.09.2024
347

İnsan bədəninin səthində tər vəziləri yerləşib. Bu vəzilər tərəfindən duzlu mayenin ifrazına tərləmə deyilir.

Bəzi insanlarda daha çox tər vəzisi olduğu üçün onlar gün ərzində çox tərləyir, bəzilərində isə az olduğuna görə onlar çox az tərləyirlər.

Hit.az xəbər verir ki, çox tərləmək bir çox hallarda xəstəlik sayılır. Amma elə hallar var ki, məsələn, bir insan anadangəlmə çox tərləyə bilər və bu xəstəlik hesab edilmir. 

Amma yenə də çox tərləməsi olan adamlar ehtiyatlı davranmalı və mütləq həkim müayinəsindən keçməlidirlər.

Araşdırmalar zamanı müəyyən edilib ki, spirtli içkinin qəbulu, narkotik maddələrin qəbulu, D və C vitamininin azlığı, şəkərli diabet, qan şəkərinin aşağı olması, klimaks dövrü,  köklük tərləməyə səbəb olur.

Tərləmədən əziyyət çəkənlər qida rasionlarına da fikir verməlidirlər. Çünki tünd çay, kofe, şirin məmulatlar, şokolad tər ifrazını artırır.

Sevinc

0