Tozlu havada maska istifadə etmək lazımdır

SAĞLAMLIQ
20:37 / 02.09.2024
333

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. 

Məlumata görə, havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır. 

Maraqlıdır, tozlu havanın orqanizm üçün hansı təhlükəsi var?

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a şərhində deyib ki, tozlu havanın təsirlərindən qorunmaq üçün maskadan istifadə etmək lazımdır:

“Havada tozun miqdarının artması havanı çirkləndirir ki, bu da bir çox xəstəliklərin yaranmasına gətirib çıxardır. İnsanlarda nəfəs darlığı, ümumi halsızlıq, yorğunluq, baş ağrısı, gözdə qaşınma, həssaslığın artmasına gətirib çıxarda bilər. Tozla müşahidə olunan hava şəraiti daha çox allergik məsələləri ortaya çıxara bilir, yəni allergik riniti olan insanlarda allergik problemlərin yaranmasına səbəb olur”.

Sevinc

0