Telefon neçə faiz enerji yığdıqdan sonra cərəyandan ayırmalıyıq? - Rəqəm AÇIQLADI

MARAQLI
13:05 / 03.09.2024
724

Mobil telefonlarla bağlı bütün məlumatlar hər zaman marağa səbəb olur. 

Ən çox da onun enerjisi ilə bağlı məsələlər daha çox diqqət çəkir. Çünki insanlar telefondan daha uzun müddət fasiləsiz istifadə edə bilmək üçün onun enerjisinin gec bitməsini istəyirlər. Bəziləri buna görə özləri ilə "Power Bank", bəziləri isə adapter gəzdirirlər. 

Hətta insanların əksəriyyəti telefonun enerjisi bir az azalan kimi onu cərəyana qoşurlar. Bəzi şəxslər isə çox uzun müddət, hətta tam enerji yığdıqdan sonra da onu cərəyanda saxlayırlar.

Bəs telefon neçə faiz enerji yığdıqdan sonra onu cərəyandan ayırmalıyıq? Tam dolandan sonra onu cərəyanda saxlamaq hansı təhlükəsizlik problemlərinə yol aça bilər?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nuriyev Hit.az-a açıqlamasında deyib ki, telefonları tam enerji yığana qədər cərəyanda saxlamaq olmaz:

357353

"Telefonları 85 faiz enerji yığdıqdan sonra cərəyanda saxlamamaq lazımdır. Bu, telefonun batereyasının daha uzunömürlü olmasına gətirib çıxarar. Həmçinin, telefon tam enerji yığdıqdan sonra cərəyanda saxlanılması onu istismar müddətini tez başa vurmasına səbəb ola bilir". 

Mütəxəssis diqqətə çatdırıb ki, yanğın təhlükəsizliyi baxımından da telefonu uzun müddət cərəyanda saxlamaq yolverilməzdir:

"Əgər telefon 100 faiz enerji yığdıqdan sonra cərəyanda qalarsa, onda alışma, qızma və yanma ehtimalı ola bilər. Bəzən bu kimi hadisələrin baş verməsi mümkündür. Ona görə də telefonu maksimum 85 faiz enerji yığana qədər cərəyanda saxlamaq tövsiyə olunur".

Pərviz

0