3 ayın gəlinləri niyə boşanır?

SOSİAL
23:40 / 03.09.2024
482

Bu gün boşanmaların sayı işıq sürəti ilə artır. Evlənən cütlüklər nəinki bir il, 3 ay sonra ayrılma qərarı alır. Bu da ictimaiyyət arasında narazılığa səbəb olur. 

Maraqlıdır, 3 ayın gəlini niyə boşanmaq istəsin? 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, ailədə məsuliyyətsizlik boşanma üçün münbit şərait yaradır:

 “Qadın deyir ki, işləməliyəm. Belə olduqda ev işlərinin hamısını görə bilmərəm. Kişi isə üzərinə düşən, pul qazanma, ailə saxlama məsuliyyətini layiqincə yerinə yetirə bilmir. Yaxşı olar ki, həm qadın, həm də kişi ailədə yarana biləcək problemlər barədə əvvəlcədən söhbət aparsınlar. Ailə qurmazdan öncə, bir-birini tanıma və ya nişanlılıq dövründə gələcək ailə barəsində planlar qursunlar. Belə olduqda ailə ittifaqları da daimi olur”. 

Sosioloq onu da deyib ki, bəzi qızlar ailə qurandan bir neçə ay sonra boşanacağını planlaşdırır. Hətta bununla bağlı hazırlıq işləri görür: 

“İndi o vəziyyət yaranıb ki, insanlar toya dəvət alanda getmək istəmir, çünki toyu olacaq cütlüklərin 3-5 ay sonra boşanacağını düşünür. Və bu halda olur. Artıq Azərbaycanda ailə dəyərləri məhv olur. Tərəflər bir-birinə hörmət etmir, cütlüklər sanki toyum olsun sonra boşanarıq fəlsəfəsi ilə həyat yaşayır”.

Sevinc

0