“Qarabağ”ın görüşünün bilet qiymətləri açıqlandı

İDMAN
16:33 / 04.09.2024
328

Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda keçiriləcək “Tottenhem” – “Qarabağ” oyununun bilet qiymətləri bəlli olub. 

HİT.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytında məlumat yayılıb.

Matçın biletləri böyüklər üçün 30 funt-sterlinq, 18 yaşdan kiçik insanlar üçün isə 10 funt-sterlinq olacaq. Biletlər sentyabrın 11-dən satışa çıxarılacaq.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” qarşılaşması sentyabrın 26-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

0