ABŞ-da qaradərili vətəndaşının ölümünə etirazlar zamanı yanğınlar törədildi - Video

DÜNYA
18:12 / 28.05.2020
1441

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ polisinin Minneapolis şəhərində qaradərili vətəndaşı boğaraq qətlə yetirməsindən sonra etiraz aksiyaları güclənib.

Belə ki etirazçılar şəhərin bir məhəlləsində yanğın törədib. Yanğının yaşayış məntəqələrinə yaxınlaşdığı bildirilir.

İxtişaşlar zamanı dükan və bankomatlardan oğurluq hadisələri qeydə alınıb. İllinois ştatı rəhbərliyi ABŞ Milli Qvardiyası Qoşunlarını ixtişaşları yatırmaq üçün çağırıb. Minneapolis şəhərində atəş səslərinin eşidildiyi bildirilir.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-ın Minneapolis şəhərində polis Corc Floyd adlı qaradərili vətəndaşı saxlayarkən hədsiz zor tətbiq etməsi nəticəsində onu öldürüb.

0
Eastnews.org