İctimai nəqliyyatın inkişafı hansı işlər görülməlidir?

İQTİSADİYYAT
15:47 / 05.09.2024
397

“Bakı şəhərifndə mobilliyin transformasiyası istiqamətində ciddi işlər görülür. Bu işlər çərçivəsində xeyli küçə və prospektlərdə avtobus zolaqları ayrılıb, bəzilərində isə velosiped zolaqları təşkil edilir”.

Bu fikri Hit.az-a nəqliyyat sahəsi üzrə mütəxəssis Ərşad Hüseynov deyib.

O bildirib ki, bu işlərin görülməsində məqsəd əhalinin ictimai nəqliyyata, mikromobillik vasitələrinə marağını artırmaqdır:

“Mobilliyin transformasiyası təkcə küçə və prospektlərdə hərəkət hissəsinin bölüşdürülməsindən ibarət deyil. Bu işlərin uğurlu olması üçün ictimai nəqliyyat inkişaf etməlidir. Ictimai nəqliyyatın inkişafı müəyyən işlərin görülməsinə ehtiyac var”. 

Sevinc
 

0