Avropa İttifaqı Serbiyaya şərt qoyub

DÜNYA
19:22 / 05.09.2024
210

Avropa İttifaqı (Aİ) siyasi birliyə üzvlüyə namizəd kimi Serbiyanın Rusiya Federasiyası ilə əlaqələri gücləndirməkdən çəkinməsini gözləyir. 

HİT.az xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi nümayəndəsi Piter Stano bildirib.

Stano xatırladıb ki, Belqrad Avropa İttifaqının dəyərlərinə hörmət etməli və xarici siyasətini ümumavropa siyasətinə uyğun aparmalıdır. O, Serbiyanın Rusiya ilə əlaqələri intensivləşdirməkdən və gücləndirməkdən çəkinəcəyinə ümid etdiyini bildirib.

Siyasi assosiasiyanın nümayəndəsi vurğulayıb ki, Serbiyanın Rusiya ilə əlaqələrini gücləndirmək Avropa İttifaqına daxil olmaq üçün strateji seçimə ziddir.

Bundan əvvəl Serbiya prezidenti Aleksandar Vuçiç demişdi ki, Serbiya Avropa İttifaqına daxil olduqdan sonra Rusiyanın blokdakı maraqlarını təbliğ etməyəcək. O, Serbiyanın Avropa İttifaqında "Rus troya atı" ola biləcəyi ilə bağlı iddiaları dəfələrlə eşitdiyini də qeyd edib. Vuçiç əmin edib ki, Rusiya ilə yaxşı münasibətlər saxlamaq niyyətində olsa da, Avropa İttifaqında onun maraqlarını təbliğ etməyi planlaşdırmır.

Samir
 

0