Arvadına gündə 100 dəfə zəng vurub susdu, həbs edildi - Şok səbəb

DÜNYA
23:43 / 10.09.2024
192

Yaponiyada bir kişi həyat yoldaşına gündə 100 dəfə zəng vurduğuna və sadəcə olaraq telefonda susduğuna görə həbs edilib.

HİT.az xəbər verir ki, bu barədə "Sora News" məlumat yayıb.

Məlumata görə, qadının telefonuna naməlum nömrədən zənglər gəlməyə başlayıb. Eyni zamanda, xəttin o biri ucundakı şəxs sadəcə susub və telefona ağır-ağır nəfəs verib. İş o yerə çatıb ki, yapon qadına gündə 100 belə zəng gəlib.

Nəticədə qadın kömək üçün polisə müraciət edib. Araşdırma zamanı telefon xuliqanının yapon qadının əri olduğu məlum olub. O, həbs edilib və bir nəfəri izləməkdə ittiham edilib. Yaponun özü bu hərəkətini həyat yoldaşına sevgisini səssiz zənglər vasitəsilə bildirmək istədiyi ilə izah edib.

"Mən həyat yoldaşımı sevirəm və heç nə demədən ona zəng etdim", deyə kişi bildirib.

Polis əlavə edib ki, bu, onların karyeralarında ilk belə hadisədir.

Samir
 

0