NATO-nun ayrı-ayrı ölkələri deyil, NATO Ukraynaya Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verə bilər.
HİT.az xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosiniak-Kamış deyib.
"Ukrayna prezidenti Volodimir Zelenski hər çıxışında Rusiya ərazisinin dərinliklərinə qədər uzaq mənzilli raketlərin tətbiqi ilə bağlı məsələ qaldırır, lakin bu, təkcə bir ölkənin deyil, bütün NATO-nun cavabı olmalıdır", deyə nazir bildirib.
Sentyabrın 11-də ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ və Böyük Britaniya Ukraynanın Rusiya ərazisinə hücumlar üçün uzaqmənzilli silahlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmaq tələbinə baxacaq. Bu məqsədlə o, britaniyalı həmkarı Devid Lammi ilə birlikdə Kiyevə gəlib. Sentyabrın 13-də ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Kir Starmer arasında keçiriləcək görüşdən sonra məsələ ilə bağlı yekun qərarın veriləcəyi gözlənilir.
Samir