İran təkzib edir: "Rusiyaya ballistik raketlər verməmişik"

DÜNYA
17:20 / 11.09.2024
138

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Rusiyaya ballistik raketlər vermədiyini və ABŞ və müttəfiqlərinin yanlış məlumatlara arxalandığını bildirib. 

HİT.az xəbər verir ki, nazir , X sosial şəbəkəsindəki səhifəsində Moskvaya silah ötürülməsi ilə əlaqədar respublikaya qarşı yeni sanksiyaları şərh edib.

"Bir daha ABŞ və Avropa yanlış məlumat və qüsurlu məntiq əsasında hərəkət etdilər. İran Rusiyanı ballistik raketlərlə təmin etməyib", deyə o yazıb.

Nazir sanksiyalar tətbiq edən ölkələri İranın müxtəlif məhdudiyyətlər altında qabaqcıl silahlar dediklərini necə istehsal edib sata biləcəyini düşünməyə çağırıb. Onun sözlərinə görə, sanksiyalar problemin həlli deyil, sadəcə bir hissəsidir.

İran Xarici İşlər Nazirliyi rəsmi nümayəndəsi Nasir Kənani isə bildirib ki, Tehran Avrotroyka - Almaniya, Fransa və Böyük Britaniyanın Rusiyanı ballistik raketlərlə təchiz etdiyi iddiasına görə İslam Respublikasına qarşı sanksiyalar tətbiq etmək planları ilə bağlı birgə müraciətinə cavab verəcək.

"Üç Avropa ölkəsinin bu addımı Qərbin xalqına qarşı düşmənçilik siyasətinin və iqtisadi terrorizmin davamı və bu, müəyyən və mütənasib addımlarla davam etdiriləcək", deyə diplomat bildirib.

O, həmçinin Tehranın Moskvaya raket ötürməsi ilə bağlı bağlı bir daha yalan və əsassız adlandırıb.

Sentyabrın 2-də "Bloomberg" mənbələrə istinadən yazıb ki, Tehran yaxın vaxtlarda öz ballistik raketlərini Moskvaya ötürməyi planlaşdırır. Məqalə müəlliflərinin fikrincə, Rusiya Federasiyası bu mərmilərdən Ukraynada hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə hazırlaşır.

Sentyabrın 10-da London, Paris və Berlin birgə bəyanat yayaraq, Rusiyaya ballistik raketlərin və digər silahların tədarükündə iştirak etdiyi iddia edilən əsas təşkilatları və şəxsləri müəyyən etmək niyyətində olduqlarını bildiriblər. Həmçinin İran Hava Yollarına qarşı sanksiyaların tətbiqi planlaşdırılır.

Samir

0