Koreyada yeni müharibə başlayacaq? - ŞƏRH

DÜNYA
11:18 / 12.09.2024
397

"Dünyada yeni geosiyasi mənzərə formalaşır".

Bu sözləri politoloq Kənan Novruzov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, dünyanın xəritəsi də dəyişir:

"Şübhəsiz ki, bu, bütün regionları əhatə edir. Yəni hər bölgəyə şamil etmək olar. Bu baxımdan, Asiyada da yeni addımlar atıla bilər. Koreya adasında müharibənin başlaması istisna deyil".

Ekspert vurğulayıb ki, Koreyada müharibənin başlamasında maraqlı olan qüvvələr var:

"Məsələn, ABŞ hazırda dünyada baş verən geosiyasi kataklizmlərdə lider rolunu oynayır. Yəni Koreyada müharibənin başlama ehtimalı mövcuddur. Amma bunun yaxın gələcəkdə baş verəcəyi barədə proqnoz verə bilmərik". 

357920

Politoloqun sözlərinə görə, sözügedən müharibə Cənubi Koreya ilə Şimali Koreya arasında ola bilər:

"ABŞ və Şimali Koreya arasında birbaşa müharibənin başlayacağı inandırıcı deyil. Bu baxımdan, ABŞ Cənubi Koreyanı Şimali Koreya ilə müharibəyə təhrik etmək istəyəcək. Buna görə də Cənubi Koreya ilə Şimali Koreya arasında müharibənin olma ehtimalı var. 

Ümumiyyətlə, rəsmi Vaşinqton daha çox proksi müharibəyə üstünlük verir. Məsələn, ABŞ Rusiya ilə birbaşa deyil, Ukrayna vasitəsilə müharibə aparır. Həmçinin, Ağ Ev Yaxın Şərqdə İsrail vasitəsilə məqsədlərini reallaşdırır, Cənubi Qafqazda isə Ermənistan üzərindən addımlar atmağa çalışır".

Pərviz

0