Tanınmış rejissor şirkət yaratdı - Avropa səviyyəsində konsertlər gözlənilir

ÖLKƏ
15:23 / 12.09.2024
313

Tanınmış rejissor,  keçmiş teleaparıcı Elvin Nüsrətoğlu EN Qroup Prodakşn şirkətini yaradıb.

Şirkət müğənni Ofeliya Şabanovanın  bölgələrə qastrol səfərini təşkil edib.

Hit.az-a açıqlama verən Elvin Nüssətoğlu bildirib ki, EN Qroup Prodakşn qarşısına böyük hədəflər qoyub:

“Biz şirkət olaraq, konsertin həm təşkilatı işlərini, həm də tərtibatını üzərimizə götürmüşük. Öz operatorlarımız, montajçılarımız var. Biz ulduzlarımızın bölgələrdə böyük konsertləriniAvropa səviyyəsində təşkil etmək istəyirik. Lakin münasib qiymətlərlə konsertlər təşkil edəcəyik. Hələlik Ofeliya Şabanovanın 7 müxtəlif şəhərdə konsertini təşkil etmişik. Daha sonra “5 ulduz” adlı konsert təşkil edəcəm. Bu konsert Şəki və zaqatalada keçiriləcək. Hazırda Şəkidəki 5000 tamaşaçı tutumu olan konsert zalının 5500 yerli olması üzərində də işlərin aparılması ilə məşğulam. Ulduzlarımız bu zalda çox yüksək səviyyədə konsertlər verəcəklər. Bu konsertlərin şou tərtibatı da mənə aid olacaq. “5 ulduz” konsertində Şöhrət Məmmədov, Roza Zərgərli, Nəfəs, Damla və Talıb Tale çıxış edəcəklər. Gələn il Xalq artistləri Röya və Aygünlə işləməyi hədəfləmişəm. Bu region insanları üçün böyük bayram olacaq".

Murad

0