Yerli istehsal xarici istehsala uduzur - Niyə süd və süd məhsullarında idxaldan asılıyıq?

İQTİSADİYYAT
20:51 / 15.09.2024
164
Azərbaycan rayonlarında insanlar əsasən heyvandarlıqla məşğul olurlar. Amma biz hələ də xaricdən idxal edilən  süd və süd məhsullarından asılıyıq. Biz buna market piştaxtalarındakı məhsullara diqqət yetirməklə də əmin ola bilərik. Süd məhsulları arasında Azərbaycan şirkətlərinə rast gəlinsə də, yağ məhsullarında demək olar ki, yerli istehsala rast gəlinmir.
 
Niyə Azərbaycanda süd və süd məhsullarının istehsalı yoxdur, varsa da zəifdir?
 
İqtisadçı Rauf Qarayev Bizim.Media-nın bu barədə suallarını cavablayıb.
 
"Əsasən yağ məhsulları ölkə xaricindən alınır. Marketlərdə olan yağ məhsullarına diqqət yetirsək, görərik ki, xaricdən alınan yağ məhsullarıdır. Yerli istehsal bu baxımdan xarici istehsala uduzur. Ölkədə palma yağları daha çox istifadə olunur. Bunun üçün geniş imkan da yoxdur ki, bununla məşğul olaq. Yağ məhsulları daha çox Rusiyadan gəlir.
 
Keyfiyyət faktoru
 
Rauf Qarayev bildirib ki, süd məhsullarının keyfiyyətinin müəyyənləşdirilməsində də çətinliklər var.
 
"İnsanlar xaricdən idxal edilən süd məhsullarında tam olaraq müəyyən edə bilmirlər ki, aldığı məhsul həqiqətən də üstündə yazılan ada uyğundur, ya yox. Gərək dövlət orqanları bu məsələyə daim nəzarət etsin və profilaktik işlər aparılsın, monitorinqlər aparılsın. Əks halda biz daha təhlükləli yağları marketlərdə görə bilərik”.  
 
Heyvandarlığın zəifləməsi
 
İqtisadçı deyir ki, süd məhsullarının istehsalının zəif olmasına başqa amillər də təsir edir. Ən əsası isə Azərbaycanda heyvandarlıqla məşğul olmaq üçün şəraitin zəifliyi başlıca rol oynayır:
 
"Heyvandarlıq üçün örüş yerlərinin sayı azdır. Bu baxımdan bir çox insanlar heyvan saxlamaqdan imtina edirlər. Saxlanılan heyvanların yemlənməsi üçün alınan məhsullar da baha başa gəlir. Əvvəllər örüş yerləri daha çox idisə, indi azdır. Burada əhalinin artımına da nəzər yetirmək lazımdır. İnsanların tərk etdiyi bir çox yerlər var ki, örüş sahələri təşkil etmək olar. Tərk edilən kəndlərdə də yol, su, qaz problemi var, insanların bu işlə məşğul olması üçün şərait yoxdur.
 
Bizdə ərazilər daha çox dağlıqdır. Ona görə də, insanların heyvandarlıqdan imtinasına şərait yaradılmamalıdır. Rayonda əsas məşğuliyyət heyvandarlıqdır. Bu sahəni genişləndirmək üçün işğaldan azad olan ərazilərdə də heyvandarlıqla bağlı bir sıra işlər görmək olar”.
 
Süd məhsullarının idxalı nə qədər artıb?
 
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2024-cü ilin 7 ayında Azərbaycanın süd və qaymaq idxalı həcm ifadəsində 11,8%, kərə yağı və digər süd məhsullarının idxalı isə 64,7% artıb.
 
0