“Onkoloji xəstəliyin daha da artmaması üçün bu kimi kimyəvi preparatlar satışdan yığışdırılmalıdır”

SAĞLAMLIQ
21:30 / 16.09.2024
238

Uzun saçlı xanımlar saçlarının düz olması üçün müxtəlif vasitələrdən istifadə edir. Bəzi xanımlar saçların düz formada olması üçün keratindən istifadə edir. Ancaq peşəkarlar keratindən istifadəni məsləhət bilmir.

Trixoloq həkim Aynurə Həsənova Hit.az-a açıqlamasında bildirib ki, saçlarını keratinlə düzləşdirmək istəyən xanımlar diqqətli olmalıdırlar. Əks halda saçları zədələnə və ya tam olaraq yana bilər:

“Keratin xüsusilə çox qabaran, elektriklənən və sözə baxmayan saçlar üçün nəzərdə tutulub. Keratinin tərkibində çox ağır maddələr var. Hansı ki, o maddələr xərçəngə səbəb olur. Bu səbəbdən də bəzi xarici ölkələrdə keratindən istifadə qadağan olunub. Yaxşı olar ki, bizim ölkədə saç keratini qadağan olunsun. Onkoloji xəstəliyin daha da artmaması üçün bu kimi kimyəvi preparatlar satışdan yığışdırılmalıdır”.

Sevinc


 

0