Azərbaycanlı şagird Yunanıstanda Beynəlxalq İqtisadiyyat Müsabiqəsində gümüş medal qazandı

ÖLKƏ
10:45 / 17.09.2024
404

Yunanıstanın Qədim Olimpiya şəhərində bu ilin sentybarında təşkil edilən Beynəlxalq İqtisadiyyat Müsabiqəsində Azərbaycan komandasın təmsilçilərindən, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəb şagirdi Əli Zeynallı gümüş medala layiq görülüb .

Hit.az xəbər verir ki,  İqtisadiyyat Müsabiqəsinin Beynəlxalq Final Turunda Azərbaycan komandası yüksək nəticələr göstərən məktəb, regional, milli turlar və intervyular əsasında seçilən şagirdlərdən ibarət olub.

Müsabiqənin məqsədi Azərbaycanda iqtisadi savadlılığı artırmaq və orta məktəb şagirdləri üçün iqtisadi bilikləri əlçatan etməkdir.

18 ölkədən 97000 şagird arasından seçilən 85 şagirdin iştirak etdiyi bu müsabiqədə şagirdlər iqtisadi biliklərini artırmaqdan savayı, eyni zamanda müxtəlif ölkələrdən olan şagirdlərlə ünsiyyət zamanı fərqli mədəniyyətlər ilə yaxından tanış olma imkanı da əldə ediblər.

Müsabiqənin Azərbaycanda reallaşmağı üçün dəstək olan İqtisadiyyatın Əsasları Təşəbbüsü (EFI) və müsabiqənin ölkədə təşkilatçısı İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) növbəti illərdə iştirak etmək istəyən şagirdlərin aktiv iştirakını dəstəkləyir.

0