Braziliya prezidenti: "Onıar bunu müharibə başlamazdan əvvəl edə bilərdi"

15:45 / 17.09.2024
206

"Ukrayna xüsusi əməliyyat başlamazdan əvvəl Rusiya ilə münaqişəni həll etmək üçün Braziliya ilə qarşılıqlı əlaqədə olmalı idi, çünki bu gün ölkə rəhbərliyi Ukraynanın tərəfini tutmayacaq və danışıqların mümkün qədər tez başlamasında israr edəcək".

HİT.az xəbər verir ki, bu sözləri Braziliya prezidenti Lula da Silva deyib.

"Braziliyanın Ukrayna və Rusiya arasında müharibədə iştirak etməməsi vacibdir. Buna görə də Braziliyanın müharibə tərəfdarı deyil, sülh tərəfdarı olduğunu söyləməsi vacibdir", deyə da Silva bildirib.

Braziliya lideri dəqiqləşdirib ki, indi danışmaq istəyənlər bunu hərbi münaqişə başlamazdan əvvəl edə bilərdilər.

Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski Braziliya və Çinin Ukrayna münaqişəsini həll etmək planını "dağıdıcı" adlandırmışdı. Zelenski əlavə edib ki, onun fikrincə, Braziliya hökuməti Ukrayna münaqişəsinin həllində Rusiyanı dəstəkləyir.

Öz növbəsində Braziliyadakı səfir Andrey Melnik bəyan edib ki, Ukrayna ilə Braziliya arasında kommunikasiyalarda etimad demək olar ki, tamamilə yoxdur.

Samir
 

0