Stoltenberq Kursk əməliyyatı haqqında: "Risklər var, lakin ukraynalılar çox bacarıqlıdır"

DÜNYA
20:39 / 17.09.2024
167

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Kursk əməliyyatı zamanı əldə etdiyi uğurları dəyərləndirib və ona münasibətindən danışıb. 

HİT.az xəbər verir ki, baş katib bu barədə "Foreign Policy"yə nəşrinə müsahibəsində danışıb.

O qeyd edib ki, NATO müttəfiqləri hərbi dəstək versələr də, Ukraynanın müharibədəki planlarına heç bir şəkildə təsir göstərmirlər və bütün qərarları ukraynalılar özləri verir.

"NATO və NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verirlər. Hərbi dəstəyin 99 faizi NATO və NATO müttəfiqlərindən gəlir. Biz də onlara məsləhətlər veririk. Biz təlimlər keçiririk. Amma biz müharibə aparmırıq. Ukrayna silahlı qüvvələrinə komandanlıq etmirik. Biz Ukrayna silahlı qüvvələrinə komandanlıq etmirik. Bu çətin qərarları ukraynalılar özləri verməlidir", deyə Stoltenberq bildirib.

O, həmçinin qeyd edib ki, Kursk əməliyyatı Ukrayna qoşunlarının çevikliyini və hücum imkanlarını nümayiş etdirib, eyni zamanda rus qoşunlarına ağır itkilər verib və ukraynalıların əhval-ruhiyyəsini yüksəldib:

"Əlbəttə, müharibədə həmişə risk və qeyri-müəyyənlik olur. Ona görə də mən çox diqqətli olacağam, bütün bunların qarşıdakı həftələrdə və aylarda necə inkişaf edəcəyini düşünəcəm. Amma yadda saxlamalıyıq ki, ukraynalılar çox bacarıqlıdırlar".

O xatırladıb ki, müharibənin əvvəlində Rusiyanın bir neçə gün ərzində Kiyevi, Ukraynanın isə bir neçə həftə ərzində nəzarəti ələ keçirəcəyi fikri var idi, lakin Ukrayna nəinki müqavimət göstərdi, hətta Rusiya ərazisinin özünü də işğal etdi.

"Ona görə də hesab edirəm ki, biz ukraynalılara və onların böyük qeyri-müəyyənlik şəraitində mürəkkəb döyüş meydanında və hərbi əməliyyatlar teatrında qərarlarına inanmağa davam etməliyik", deyə Stoltenberq yekunlaşdırıb.

Samir

0