Türkiyədən Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün yeni təklif

DÜNYA
22:16 / 17.09.2024
215

Rusiya-Ukrayna müharibəsi beynəlxalq hüquqa əsaslanan yeni təhlükəsizlik arxitekturasının qurulması ilə həll edilməlidir.

HİT.az xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın deyib.

MİT rəhbəri bildirib ki, bunu nəzərə alaraq Türkiyə Ukrayna və Qəzzada müharibəyə son qoymaq üçün açıq və gizli kəşfiyyat səylərini davam etdirəcək:

"Sürətlə dəyişən və getdikcə kövrəkləşən beynəlxalq sistem Ukrayna və Qəzza zolağı müharibəsi kontekstində iki mühüm qlobal böhranla üzləşir. Rusiya-Ukrayna müharibəsi beynəlxalq hüquqa əsaslanan yeni təhlükəsizlik arxitekturasının qurulması ilə həll edilməlidir".

Fələstin-İsrail münaqişəsinin həllinə gəlincə, o, tezliklə atəşkəsin əldə olunmasının vacibliyini, uzunmüddətli sülh üçün işğala son qoymaqla iki dövlətin yaradılmasına qərar verilməsinin vacibliyini vurğulayıb:

"Türkiyə Ukrayna və Qəzzada müharibənin sona çatmasına yönəlmiş açıq və gizli çoxtərəfli kəşfiyyat səylərini davam etdirəcək".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Platformasının 4-cü Zirvə Toplantısında video çıxışında ölkəsinin hər zaman Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyini, Krımın Ukraynaya qaytarılmasını tələb etdiyini bildirib. 

Samir

0