Bakıda inşa edilən unikal piyada körpüsündə işlər nə yerdədir? - AÇIQLAMA

İQTİSADİYYAT
23:52 / 17.09.2024
185

"Bakı Ağ Şəhər" yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı "Ağ Şəhər" layihəsinin Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsündə işlər davam edir.

Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli "Trend"ə bildirib ki, hazırda körpünün aşırım hissəsi qurulur.

Qeyd edək ki, piyada körpüsünün uzunluğu 230 metr olmaqla bir aşırımlı layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və 1 ədəd pilon dayaqdan vantlar vasitəsilə "asılacaq".


 

0