Bank sizi məhkəməyə veribsə, nə etməlisiniz?

İQTİSADİYYAT
18:59 / 17.09.2024
162

Dünən başı bəlalı müğənni Ağadadaş Ağayevin bank borcu olduğu üzə çıxlb. Daha doğrusu bank müğənnini məhkəməyə verib. Bu hamının başına gələ bilər.

Bəs bank məhkəməyə verərsə , nə etmək lazımdır?

Hit.az-ın bu sualına vəkil Mövlud Çələbi cavab verib:

“Bank sizi nə qədər tez məhkəməyə veribsə, bir o qədər yaxşıdır. Çünki borcunuzun hesablanması az olacaq və daha az məbləğ ödəməli olacaqsınız. Bank sizi məhkəməyə veribsə,  məhkəmə dövründə və məhkəməyə qədər borca faiz hesablanmayacaq. Mütləq vəkil tutun. Vəkil sizin hüququnuzu ən yaxşı şəkildə müdafiə edəcək. Adətən bank borcları ilə bağlı məsələlər 3 ilə qədər davam edir və vəkil borclarınızı hissə-hissə ödəmək imkanı qazandıracaq".

Murad

0