Kadr çatışmazlığının qarşısı necə alınmalıdır? - RƏY

İQTİSADİYYAT
12:27 / 18.09.2024
366

Ölkəmizdəki ən böyük problemlərdən biri də kadr çatışmazlığıdır. 

Təəssüf ki, bəzən verilən vakansiyalara uyğun kadrın tapılması müşkülə çevrilir. Vakansiyaya çox sayda namizəd müraciət etsə də, tələb olunan kriteriyalarda kadra çox nadir hallarda rast gəlinir. Belə olan halda isə sözügedən iş məcburiyyətindən uyğun olmayan kadra tapşırıla bilir. Bu da əlbəttə ki, işin keyfiyyətinə mənfi təsir göstərir. Əfsuslar olsun ki, bu gün ixtisaslı kadr çatışmazlığı cəmiyyətimiz üçün çox ciddi problemdir. 

Bəs bunun qarşısını necə ala bilərik? 

Mövzu ilə bağlı sosioloq Mail Yaqub Hit.az-a açıqlama verib. O bildirib ki, kadr çatışmazlığının qarşısını yalnız təhsillə almaq olar:

358270

"Bunun üçün güclü və praktik təhsil lazımdır. Müvafiq yerlər üzrə vakansiyalara uyğun, savadlı, bilikli və bacarıqlı insanlarımız yoxdur. Yəni kadr çatışmazlığının əsas səbəbi budur. Amma bunun qarşısını səmərəli praktik təhsillə almaq olar".

Mütəxəssis mövcud təhsil sistemini tənqid edib:

"Tələbə universitetdə 4 il təhsil alır, amma dərslərinin böyük hissəsi praktik deyil. Müəllim 50 il bundan qabaq keçilən dərsləri tədris edir. Tələbələr də həmin mühazirələri dinləməyə məcbur olurlar. Belə vəziyyətdə kadr hazırlaya bilmərik. 

Dünyanın bütün ölkələrində kadr universitetlərdə hazırlanır. Bu səbəbdən də ali təhsilimizi gücləndirməliyik. Bu olduqca vacibdir. Ali təhsil güclənərəsə, kadr çatışmazlığı aradan qalxacaq".

Pərviz

0