Yalnızlıq sağlamlıq üçün təhlükəli deyilmiş - Yeni araşdırma

SAĞLAMLIQ
20:00 / 18.09.2024
272

Quançjou Tibb Universiteti və Sun Yat-sen Universitetinin bir qrup çinli alimi ABŞ-ın Tulane Universitetindən olan həmkarlarının iştirakı ilə tənhalığın sağlamlıq üçün əvvəllər düşünüldüyü qədər təhlükəli olmadığını müəyyən ediblər. 

HİT.az xəbər verir ki, tədqiqat "Nature Human Behavior" (NHB) elmi jurnalında dərc olunub.

Əvvəlki araşdırmalar tək yaşamanın depressiya, narahatlıq və yuxusuzluq kimi psixi sağlamlıq problemlərinə səbəb ola biləcəyini və daha da pisləşə biləcəyini göstərib. Yalnızlığın hipertoniya, həzm pozğunluğu və hətta vaxtından əvvəl ölümlə də əlaqəli olduğu bildirilir.

Yeni bir araşdırmada komanda tənhalıqla əlaqəli bəzi xəstəliklərin daha çox başqa bir şeydən qaynaqlandığını göstərən dəlillər tapıb. Alimlər Çin, ABŞ və Böyük Britaniyada yüz minlərlə xəstənin biotibbi məlumatlarını təhlil ediblər. Onlar tənhalıq hisslərini daha çox bildirən insanların 30 xəstəliyə tutulma riskinin daha yüksək olduğunu taıblar.

Daha sonra tədqiqatçılar xəstələrin genetik məlumatlarından istifadə edərək seçilmiş 30 xəstəlikdən 26-nın statistik təhlilini aparıblar. Məlum olub ki, diaqnozların çoxuna tənhalıqdan başqa amillər də səbəb olub.

Komanda tənhalığın depressiya və digər emosional pozğunluqların inkişafına kömək etdiyi qənaətinə gəlib. Ancaq digər xəstəliklər təkliklə əlaqəli olmayan fərqli bir mənşəyə malikdir.

Samir

0