Boldibilderlər hansı sağlıq problemi ilə üzləşirlər?

SAĞLAMLIQ
22:12 / 20.09.2024
270

Boldibilderlər ideal bədən quruluşu əldə eləmək üçün çoxlu zaman və əmək sərf edirlər. 

Kənardan çox güclü görünən bu insanları biz niyə idman meydanlarında, döyüşlərdə görmürük?

Terapevt Sevinc Qurbanova bu sualı cavablandırarkən Hit.az-a bildirib ki, əslində həddən artıq əzələ kütləsinə malik olduqları üçün boldibilderlər çox asta hərəkət edirlər. Onlar çox zama özləri sərbəst geyinməkdə belə çətinlik çəkirlər:

“Yarışlar öncəsi bədənlərini həddən artıq susuzlaşdırdıqlarına görə beyinə oksign təchizatında da problem yaranır. Buna görə, bəziləri boğulmamaq üçün oksigen yastığı ilə yatmalı olurlar. Buna görə boldibilderlər bir döyüşçü ilə, hətta normal fitneslə məşğul olan adama qarşı döyüşə bilməzlər".

Murad

0