Uşaqlarda düzgün xarekter necə formalaşdırılmalıdır?

SOSİAL
19:12 / 20.09.2024
331

Uşaqlar bizim gələcəyimizdir.

Gələcəyimizi sağlam qurmaq üçün təməlimiz möhkəm olmalıdır.

Mütəxəssislər bildirir ki, uşaqlarda xarekterin, xasiyyətin formalaşması 4 yaşından etibarən başlayır.

Maraqlıdır, uşaqlarda düzgün xarekter necə formalaşdırılmalıdır? 

Uşaq psixoloqu Aynur Əliyeva Hit.az-a deyib ki, insanın bir şəxsiyyət kimi formalaşması üçün xarakterin keyfiyyətləri mənimsənilməlidir:

“İnsan olaraq psixoloji dayanıqlılığını bu cür qorumalısan, əldə etməlisən. Uşaqikən bunu valideynlər övladlarına aşılamalıdırlar. Valideynin özünə inamı varsa, buna müvəffəq olur. Əgər valideyn özü də nədənsə əziyyət çəkirsə, problemi varsa, narahat insandırsa o, buna müvəffəq ola bilmir. Ümumiyyətlə, hər cinsə uyğun söhbətlər aparılmalı, cinsi tərbiyə verilməlidir. Hər bir uşaqda ali hisslər tərbiyə olunmalıdır. Buraya əxlaqi, zehni, estetik hisslər aiddir. Hər cins özünü bilməlidir”. 

Sevinc
 

0