Zoğal xərçənglə mübarizə aparır

SAĞLAMLIQ
19:35 / 20.09.2024
293

Zoğal qədim zamanlardan bir çox xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunur.

Həmçinin,  bu giləmeyvə çox gözəl profilaktik vasitədir. 

Hit.az xəbər verir ki, zoğalın tərkibində dəmir, kalsium, fol turşusu, C, B2, B1, E vitamini vardır. Bu dadlı meyvənin kalorisi azdır. Bu meyvənin tərkibində 17% anti-oksidan vardır ki, çox sayda xəstəliklərə müqavimət göstərir.

Araşdırmalar zamanı müəyyən olunb ki, zoğal xərçənglə mübarizə aparır. Belə ki, zoğal ağciyər, bağırsaq xərçənginin,  xərçəng hüceyrələrinin artmasının qarşısını alır.

Həmçinin, zoğal sidik yollarının infeksiyası və böyrək daşları üçün də faydalıdır. Zoğal böyrək daşları üçün də faydalıdır. Zoğalın turşuya çevirmək xasiyyəti daşları əridir və bakteriyaların böyrəyin divarlarına yapışmasına mane olur. Zoğal çəkini də azaldır. Bədəndəki insulinin miqdarını tənzim edir. Bu maddə bədəndə toplanan piyləri əridir. Bundan başqa bədəndə toplanmış zəhərli maddələri xaric edir.

Sevinc

0