Alimlər Cənubi Afrikada ən qədim insan DNT-sini deşifrə etdi

SAĞLAMLIQ
23:23 / 23.09.2024
391

Keyptaun Universitetinin Cənubi Afrika alimləri Afrika qitəsinin cənubunda yaşayan ən qədim insanların DNT-sini deşifrə edə biliblər. 

HİT.az xəbər verir ki, tədqiqat "Nature Ecology & Evolution" (NEE) elmi jurnalında dərc olunub.

Komanda Keyptaundan təxminən 370 kilometr aralıda yerləşən Oakhurst qaya sığınacağında tapılan qalıqları təhlil edib.

Tədqiqatçılar genetik ardıcıllığın təxminən 10 min il əvvəl yaşamış kişi və qadına aid olduğunu müəyyənləşdiriblər.

Sürpriz o olub ki, ən qədim Cənubi Afrikalıların genomları bu gün eyni bölgədə yaşayan Buşmenlər və Hottentotların genomlarına çox bənzəyir.

Bu o deməkdir ki, Afrikanın yerli əhalisinin DNT-si təxminən 100 əsr ərzində nisbətən sabit qalıb. Müqayisə üçün qeyd edək ki, Avropada aparılan oxşar tədqiqatlar eyni dövr ərzində insan hərəkətləri nəticəsində geniş yayılmış genetik dəyişiklikləri göstərib.

DNT dəlilləri vəziyyətin yalnız təxminən 1200 il əvvəl, köçkünlər bölgəyə gələrək çobanlıq, əkinçilik və yeni dillər gətirdiyi zaman dəyişdiyini göstərib.

Samir
 

0