Həyət evi tikmək üçün icazə almaq lazımdır?

İQTİSADİYYAT
17:40 / 23.09.2024
189

Çox zaman fərdi ev tikmək istəyən vətəndaşlar ilk növbədə hara müraciət etmək lazım olduğunu bilmirlər.

Hit.az “Hüququmuzu ilək” rubrikasında məhz bundan bəhs edəcək.

Məsələ ilə bağlı Hit.az-a danışan hüquqşünas Elvin Babayev bildirib ki, şəhərsalma və tikinti məcəlləsinə görə, mərtəbə sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı icazə yox, məlumatlandırma icraatı həyata keçirilir:

"Vətəndaş tikintiyə başlamazdan öncə tikinti niyyəti barədə müvafiq icra orqanına məlumat verir. İcra hakimiyyəti 10 gün müddətində layihəyə irad bildirmədikdə tikinti başladıla bilər. İradlar isə qanunvericiliyə istinad  edilərək, bildirilməlidir. Dəqiq əsaslandırma və səhv olmadan bu irad qəbul edilmir".

Murad
 

0