Hindistanda meymun çiçəyinin yeni variantı aşkar edildi

SAĞLAMLIQ
13:41 / 24.09.2024
242

Hindistan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ictimai səhiyyədə fövqəladə vəziyyət elan etdiyi yeni meymun çiçəyi variantının ilk hadisəsi haqqında məlumat verib.

"Clade 1b" adlanan bu yeni variant Afrikadakı meymun epidemiyası ilə bağlıdır və yüksək yoluxuculuğa malikdir.

Yeni variant Hindistanın cənubundakı Kerala əyalətindən olan və Dubaydan bu yaxınlarda qayıdan 38 yaşlı kişidə aşkar edilib.

Meymun çiçəyi yoluxucu xəstəlikdir. Virus ağrılı dəri lezyonlarına səbəb ola bilər. ÜST avqust ayında bu virusu Afrikada ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, virusa yoluxan şəxslə gələn digər sərnişinlər də nəzarətə götürülüb.

0
BAKU.WS