Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab axtarır.
İş verən nə zaman işçisini işdən azad edə bilməz?
Sualı hüquqşünas Elvin Babayev belə cavablandırıb:
“Qanuna görə işçi iş yerində 5 il ərzində davamlı və fasiləsiz olaraq çalışıbsa, əmək müqaviləsi artıq müddətsiz əmək müqaviləsi sayılır. Bu o deməkdir ki, həmin şəxsin Əmək Qanunvericiliyinə əsasən, əlavə üstünlükləri yaranır”.
Murad