Tələbələrin geyim qaydası necə olmalıdır?

İQTİSADİYYAT
22:20 / 24.09.2024
298

Ali təhsil ocaqlarında tələbə geyimi mütəmadi müzakirə olunur. 

Bu günlərdə Tibb Universitetinin müəllimlərindən biri sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. 

Buna səbəb onun öz şəxsi "Instagram" hesabında xanım tələbələrdən birinin geyimi ilə bağlı etdiyi paylaşım olub.

Həmin paylaşımdan sonra vətəndaşların bir qismi təhsilin geyimlə ölçülməməli olduğunu, digərləri isə tələbələrə biliyinə görə qiymət verilməli olduğu deyilib. 

Sosioloq Əhməd Qəşəmoğlu Hit.az-a açıqlamasında qeyd edib ki, son illərdə cəmiyyətimizdə mədəni, etik davranış tərzi aradan çıxmaq üzrədir:

 "Hər yerin öz geyim tərzi var və o insanlar mədəni, sivil hesab edilir, hansı ki harada necə davranmaq lazım gəldiyini bilirlər, geyim tərzini də bilirlər. İndi belə insanlar çox azdır. Tələbə və ya şagird dərsə qulağında sırğa, müxtəlif bəzək, zinət əşyaları ilə gəlirsə, digər tələbə və şagirdlərin dərsdə diqqətinin dağılacağı labüddür. O uşaqların fikri dərsdə olmayacaq, gərginlik yaranacaq. Bunu kimsə, nəfsi cilovlamaqla, ehtirası ələ almaqla əlaqələndirməyə çalışmasın. Məktəb, sinif otağı, eləcə də auditoriya təcrübə poliqonu deyil, yoxlayaq ki, beli, qarnı açıq tələbə qız və ya şalvarı belindən düşən oğlana çoxmu diqqət yetirildi, dərsdə fikir yayındı, yayınmadı. Birdəfəlik qəbul edilməlidir ki, təhsil ocağının öz geyim tərzi olmalıdır. Geyim həmin andakı statusuna uyğun olmalıdır. Dərsdən sonra hara istəsə gedə, nə istəsə geyinə bilər. Dərsə isə təhsilə uyğun geyimdə gəlinməlidir".

Sevinc

0