İngiltərənin nəhəng avtomobil istehsalçılarından olan "MG" yeni modelini təqdim edib.
Hit.az bildirir ki, sözügedən model "MG GT" adlanır.
Avtomobilin uzunluğu 4,68 metrdir. "MG GT" iki versiyada istehsal olunub. Hər iki versiya da 1,5 litrlik mühərrikə sahibdir. Sedanlardan biri 114, digəri isə 162 at gücündədir. Xüsusilə 7 pilləli qoşa muftalı transmissiya ilə birləşdirilmiş ikinci model 215 km/saat maksimal sürətə malikdir.
Avtomobildə avtomatik kondisioner, 16 düymlük yüngül lehimli disklər, LED faralar, lyuk, 10 düymlük multimedia ekranı və arxa görüntü kamerası var.
Qeyd edək ki, "MG GT" Çili bazarında satışa çıxarılıb. Onun qiyməti isə 13 min dollardır.
Pərviz