Gürcü deputatdan Zurabişviliyə ittiham: "Özünü radikal müxalifətin lideri kimi aparır"

DÜNYA
22:12 / 25.09.2024
133

"Gürcüstan prezidenti Salome Zurabişvili cəmiyyətdə daha çox həyəcan və gərginlik yaratmaq üçün ölkə parlamentinin qəbul etdiyi "Amnistiya haqqında" qanun layihəsini konkret olaraq imzalamır".

HİT.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasından deputat Levan Maçaraşvili bildirib.

Sentyabrın 17-də Gürcüstan parlamenti üçüncü oxunuşda “Amnistiya haqqında” qanun layihəsini qəbul edib, bunun sayəsində 1 minə yaxın məhkum azadlığa buraxılacaq. Qanun layihəsi prezident tərəfindən imzalandıqdan və Gürcüstanın "Legislative Gazette" saytında dərc edildikdən sonra qüvvəyə minəcək. Müxalifət hesab edir ki, "Gürcü Arzusu" daha çox səs toplamaq üçün parlament seçkiləri öncəsi bu qanun layihəsinin təşəbbüskarı olub.

"Minlərlə ailə övladlarının, həyat yoldaşlarının azadlığa çıxmasını gözləyir və o, cəmiyyətə daha çox həyəcan və gərginlik yaratmaq üçün bunu məqsədli edir. Deyəsən, xanım Zurabişvili vaxt tapa bilmir, radikal müxalifətin gündəmi ilə çox məşğuldur", deyə Maçaraşvili bildirib.

Hakim partiya bildirir ki, "Gürcü Arzusu"nun dəstəyi sayəsində prezident olan Zurabişvili indi radikal müxalifətə keçib. Hakimiyyət rəsmiləri ən böyük müxalifət partiyasını Vahid Milli Hərəkat və ondan ayrılan siyasətçilərin partiyalarını - “Aqmaşenebeli Strategiyası”, “Girçi-Daha Azadlıq”, “Droa”, “Axali”, “Avropa Gürcüstanı”, “Federalistlər”, həmçinin “Lelo”, “Gürcüstan uğrunda”, “Respublika Partiyası”nı və s. radikal müxalifət adlandırır. 

Maçavarianinin sözlərinə görə, prezident ancaq vəzifəsinə belə daxil olmayan və qanunla qadağan edilən işlərə vaxt tapır:

"O, konstitusiyaya zidd hərəkətlərlə məşğuldur. Biz bilirik ki, prezident partiyasız olmalıdır. Amma indi o, özünü radikal müxalifətin lideri kimi təqdim edir".

Samir

0