Hamının qorxduğu o qlüten nədir?

SAĞLAMLIQ
20:35 / 25.09.2024
302

Son zamanlar qlütensiz  unlu məmulatlr  sözü dəbəö düşüb.Adi unlu məmulatlardan daha baha satılır. 

Bəs bu qlütenin insana ziyanı nədir?

Hit.az-ın sualını cavablandırn terapevt Sevinc Qurbanova bildiri ki, əslində qlütenin insan orqanizminə ziyanı təsdiqlənnməyib:

“Bu sadəcə çölyak xəstələri üçün ziyanlı maddədir. Qlüten çörək, makaron, bütün dənli bitkilərin tərkibində olan zülaldır. Qlüten yapışqana bənzəyir, bu xüsusiyyətə görə yapışqan adlandırılır. Qlüten məhsulların saxlama müddətini uzadır. O mədədə yapışqanlı su mühiti yaradır  və bağırsaq divarlarına yapışır. Qlütenə qarşı reaksiya çölyak xəstəliyi şəklində ortaya çıxır. Çölyak xəstəliyi qlüten tərkibli qidaların istehlakı zamanı immun sistemin nazik bağırsaq hüceyrələrinə hücum etdiyi ciddi bir avtoimmun vəziyyətdir. Bu xəstəlik ishal, yorğunluq, çəki itirmək, şişkinlik və qaz, qarın ağrısı, bulantı və qusma, qəbizlik kimi əlamətlərlə özünü büruzə verir.Hələlik dərmanı tapılmayıb. Ona görə belə insanlara qlütensiz qidaları istehlak etmək tövsiyə olunur".

Murad

0