Uşaqların boyunu necə uzatmaq olar?

SAĞLAMLIQ
21:22 / 25.09.2024
192

Valideynləri narahat edən problemlərdən biri də uşaqların boyunun bəstə olmasıdır.

Kimisi uşaqların boyunun uzanması üçün  müxtəlif növ dərmanlardan istifadəni məsləhət bilir, başqa biri isə idman hərəkətləri etməyin faydalı olduğunu iddia edir.

Pediatr Mətanət Əliyeva Hit.az-a şərhində bildirib ki, qeyri-sağlam qidalanma uşağın böyüməsinə və bədənin ümumi inkişafına mənfi təsir göstərir:

"Normadan artıq şəkərin qəbulu, zülal baxımından zəif qidalar, həmçinin vitamin çatışmazlığı uşağın fiziki inkişafına mənfi təsir göstərir. Boyun uzanması yuxu rejimi ilə birbaşa bağlıdır. Belə ki, boy hormonu əsasən gecə saat 22:00-02:00 arasında və uşaq yuxuda olarkən ən yüksək ifraz olunma həddinə çatır. Əlbəttə, bu saatlarda oyaq olan uşaqlar öz boy potensialından geri qalır".

Pediatr onu da əlavə edib ki,  uşaq yaşıdlarından boyda geri qalırsa, son bir ildə geyindiyi geyimlərin ölçülərində dəyişiklik yoxdursa, deməli, böyümə ilə bağlı bir problem var. Bu zaman valideynlər narahat olmalı və vaxtında uşaq endokrinoloquna müraciət etməlidirlər.

Sevinc

0