Meyvə qurularının faydası

SAĞLAMLIQ
23:40 / 25.09.2024
219

Quru meyvələrin faydasını saymaqla bitməz.  

Hit.az xəbər verir ki, quru meyvələrin yeyilməsi də sağlamlığa çox müsbət təsir göstərir.

Qurudulmuş əriyin tərkibi bol miqdarda A, E, eləcə də B qrupu vitaminləri və kaliumla zəngindir.

Həzm probleminə yaxşı təsir edir, stresin, qan azlığının qarşısını alır.  

Quru ərik görmə funksiyasını yaxşılaşdırır, şəkər xəstəliyinin inkişafına mane olur, immunitet sistemini gücləndirir.

Alma qurusu astma və ürək xəstəliklərinə qarşı qoruyucudur.
Tərkibindəki zəngin lif sayəsində bağırsaqları təmizləyir. 

A, B və E vitaminləri, həmçinin kalium, kalsium və maqnezium mineralları ilə zəngin olduğu üçün maddələr mübadiləsini sürətləndirməkdə və həzm prosesini asanlaşdırmaqda faydalıdır.

Alça qurusu kaliumla çox zəngindir. Həzmi asanlaşdırır, stresin və şəkər xəstəliyinin qarşısını alır, fiziki inkişafa kömək edir, görmə qabiliyyətini gücləndirir və s.

Tutda kalsium, kalium və dəmir mineralları, həmçinin B1, B2 və C vitaminləri daha çoxdur. Ağ tut qızdırmanı aşağı salır.

Gavalı qurusu  beyin yorğunluğunda, qaraciyər şişməsini qarşısını almaqda, revmatizmalarda, damar sərtliyinə, qida zəhirlənmələrində faydalıdır.

Sevinc

0