Bakıya birlikdə gəldiyi ispan sevgilisinə ərə gedir

MAQAZİN
14:04 / 28.09.2024
461

İyulda ispan sevgilisi İsaak Vidjraku ilə Bakıya gələn Ukraynanın Xalq artisti Ani Lorak ərə gedir.

46 yaşlı müğənniyə ispan sevgilisi İsaak Vidjraku bu gün ad günündə evlilik təklifi edib.

O, sevgilisinə "Hə" cavabını verib.

Qeyd edək ki, 47 yaşlı İ.Vidjraku yoqa məşqçisidir. Əvvəlki nikahlarından iki övladı var. Aninin isə keçmiş həyat yoldaşı, türkiyəli iş adamı Murat Nalçacıoğludan Sofiya adlı qızı var.

Ani ilə İsaak Yunanıstanda tanış olub. Onların münasibətdə olmaları haqda xəbərlər 2023-cü ilin fevralında yayılıb.//Axşam.az 

0